Press "Enter" to skip to content

Mərkəzi Elmi Kitabxananın əməkdaşları Şəkidə ezamiyyətdə

MEK əməkdaşları Şəkidə

Son yeniləmə: 22 Dekabr 2021 18:33

Bayraqdar.info – AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, əməkdaşlardan Alidə Həsənova, Həbibə Əliyeva, Gülbahar Abdullayeva, Kəmalə Cavadova və Röya İsrafilova Şəkidə ezamiyyətdə olublar.

Bu barədə bayraqdar.info-ya MEK-dən məlumat veriblər. Bildirilib ki, səfər çərçivəsində MEK-in, AMEA Şəki Regional Elmi Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının birgə təşkilatçılığı ilə görkəmli mütəfəkkir şair Nizami Gəncəvi yaradıcılığına dair AMEA tərəfindən dərc edilmiş 20-dən artıq elmi nəşrin təqdimatı keçirilib.

Şəki Regional Elmi Mərkəzinin direktoru dosent Yusif Şükürlü dahi şair Nizami Gəncəvi yaradıcılığının əhəmiyyətindən söz açıb. O, böyük mütəfəkkirin irsinin tədqiq olunması istiqamətində Şəki Regional Elmi Mərkəzində görülən işlərdən və aparılan elmi tədqiqatlardan danışıb.

“Tədbirdə çıxış edən MEK-in əməkdaşları azərbaycanlı alimlərin müəllifi olduğu və dahi şairin zəngin irsini özündə əks etdirən nəşrlər haqqında məlumat verib, Nizami Gəncəvi irsinin toplanılması, saxlanılması və cəmiyyətə çatdırılması istiqamətində cari il ərzində kitabxananın gördüyü işlərdən söz açıblar.

“Sonra MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

“Tədbirdə digər çıxış edənlər N Gəncəvinin hər zaman yaşayacağını, yaradıcılığının bəşəri dəyər kimi hələ bundan sonra da neçə-neçə nəsillərə ötürüləcəyini bildiriblər.

“Səfər çərçivəsində MEK-in əməkdaşları Şəki şəhər Mərkəzi Kitabxanasının fəaliyyəti ilə tanış olub, əlaqələrin genişləndirilməsi baxımından fikir mübadiləsi aparıblar”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.