Press "Enter" to skip to content

“Zəfər turniri-2021” mini-futbol turniri başa çatır

Son yeniləmə: 22 Dekabr 2021 18:46

Bayraqdar.info – Bu il noyabrın 1-də başlayan “Zəfər turniri-2021” mini-futbol turniri artıq başa çatır. Belə ki, dekabrın 24-də turnirin final oyunu keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən dekabrın 22-də bayraqdar.info-ya verilən məlumata görə, turnirdə ölkəmizin 16 dövlət qurumunun əməkdaşları və könüllülərindən ibarət komandaları yarışıb.

A,B, C və D qrupları üzrə mübarizənin aparıldığı turnirin final mərhələsində Dövlət Gömrük Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyinin komandaları qarşılaşacaqlar. 3-4-cü yerlər uğrunda isə Gənclər və İdman Nazirliyi ilə DOSTAgentliyinin komandaları mübarizə aparacaq.

Qeyd edək ki, layihə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi,“Karabakh is Azerbaijan!” Milli Platformasının Türkiyə Koordinatorluğu nəzdində fəaliyyət göstərən“Karabağ Azerbaycandır Koordine Etme Derneği”ninvə “QOLAT Sport Service”-intəşkilatçılığı ilə gerçəkləşdirilib. Turnirin əsas tərəfdaşı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasıdır.

Layihə Vətən müharibəsində ölkəmizin qazandığı parlaq Zəfərin birinci ildönümünə həsr olunub.

Mission News Theme by Compete Themes.