Press "Enter" to skip to content

Türkiyədən Bakıya 170 ədəd yeni avtobus gətiriləcək

"Baku Bus"

Son yeniləmə: 24 Dekabr 2021 08:59

Bayraqdar.info – Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyi ilə Türkiyənin BMC şirkəti arasında imzalanan müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusun paytaxta çatdırılması prosesinə başlanılacaq.

Bu barədə bayraqdar.info-ya Agentlikdən bildirilib. Dövlət başçısının tapşırığına uyğun olaraq vətəndaşların rahatlığını təmin etmək üçün avtobus parkının yenilənməsi cari ildə də davam etdirilib.

“2020-ci il dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi ilə BMC şirkəti arasında imzalanan müqaviləyə əsasən 150 ədəd avtobus paytaxta gətirilib. Müasir sərnişindaşıma tələblərinə tam cavab verən və Avro-6 standartına uyğun avtobusların hamısı 12 metrlikdir”, – deyə məlumatda deyilir.

Mission News Theme by Compete Themes.