Press "Enter" to skip to content

“ASAN Radio” 6 yaşında

Son yeniləmə: 24 Dekabr 2021 17:09

Bayraqdar.info – Prezident İlham Əliyevin 60 illik yubileyində “ASAN Radio” 6 yaşını qeyd edir.

Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən bildirilib.

Qeyd edilib ki, “ASAN Radio” dövlət başçısının tapşırığı ilə yaradılıb və 24 dekabr, 2015-ci ildə yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Vurğulanıb ki, “ASAN Radio” 44 günlük informasiya müharibəsinin iştirakçısıdır. Cəbhə bölgəsinə səfər edən, işğaldan azad olunan torpaqlardan xəbər verən ilk radio kimi də tarixə düşüb.

İnformasiyanı dəqiq və operativ çatdıran radio “ASAN xəbər”, “Yekun xəbər”, “100 FM-də 100 saniyə xəbər” və “Xüsusi buraxılış”lar təqdim edir. “ASAN Radio” yerli və beynəlxalq təşkilatlarla birgə bir sıra layihələr də reallaşdırır. Eyni zamanda sosial çarxlar, filmlər hazırlayır.

Rəsmi Facebook səhifəsində izləyici sayı 140 000-ə çatan yeganə Azərbaycan radiosudur.

“ASAN Radio” ölkənin 75 faizindən çox ərazisində 100, 96.5, 95.6 və 92.7 FM-də yayımlanır.

 

Mission News Theme by Compete Themes.