Press "Enter" to skip to content

Kolumbiya səfiri Azərbaycan şirkətlərini ziyarət edib

Son yeniləmə: 24 Dekabr 2021 16:15

Bayraqdar.info – Azərbaycana Kolumbiya qəhvəsinin idxalı perspektivləri ilə bağlı qiymətləndirmə aparılıb.

Bu barədə bayraqdar.info-ya dekabrın 24-də səfirlikdən məlumat verilib.

Bildirilib ki, Kolumbiya ilə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə Kolumbiyanın səfiri Luis Antonio Dimaté Kardenas bu yaxınlarda Kolumbiya qəhvəsinin idxalı, qovurması və satışı ilə məşğul olan bir neçə Azərbaycan şirkətlərini ziyarət edib.

Bu şirkətlərin rəhbərləri ilə söhbət zamanı vurğulanıb ki, pandemiyaya baxmayaraq, Azərbaycanda qəhvə bazarı və mədəniyyəti inkişaf etməkdə davam edir. Bu da dünyada ən yaxşı yumşaq qəhvə kimi tanınan Kolumbiya qəhvə dənələrin idxalının daha da inkişafına şərait yaradır.

Məlumatda qeyd edilib ki, Kolumbiya ilk növbədə qəhvə ölkəsidir. Kolumbiya kofesi 20-ci əsrin böyük bir hissəsində ölkən iqtisadiyyatının əsasını təşkil edən və mədəniyyətini, xalqının əməkdaşlıq və dəstək ruhunu vurğulayan məhsuldur.

Kolumbiya dünyanın ən yaxşı yumşaq qəhvə istehsal edir. Kolumbiya qəhvə istehsalına görə dünyada üçüncü yerdədir. 2020-ci ildə Kolumbiya 2,5 milyard dollar dəyərində qəhvə ixrac edib.

2007-ci ildə Kolumbiya qəhvəsi qorunan məhsul statusu almışdır və 2011-ci ildə UNESCO Kolumbiya qəhvəsinin ənənəvi olaraq yetişdirildiyi Kofe Zonasını Ümumdünya İrsi Saytı elan edib.

Mission News Theme by Compete Themes.