Press "Enter" to skip to content

Murtaza Karaçanta: İlham Əliyev adı tarixə qızıl hərflərlə yazılan liderdir

Murtaza Karaçanta

Son yeniləmə: 24 Dekabr 2021 18:52

Bayraqdar.info – “Tarix boyu öz xalqlarını ən çətin sınaqlardan uğurla çıxararaq şöhrət qazanmış liderlər olub. Quruculuq işləri, xeyirxah əməlləri ilə tarixin şərəf səhifələrində öz yerlərini tutan belə liderlər türk dünyasında da var”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Çağdaş Azərbaycan Kültür Dərnəyinin başqan yardımçısı Murtaza Karaçanta deyib.

Onun sözlərinə görə, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürk və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev məhz belə liderlərdəndir: “Bu misallardan çıxış etsək deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də adı tarixə qızıl hərflərlə yazılan liderlərdəndir. Məhz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu ötən il 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə etdi. Bu da sosial, iqtisadi, diplomatik sahələrdə uğurları ilə fərqlənən cənab İlham Əliyevin eyni zamanda Müzəffər sərkərdə keyfiyyətlərinə malik olduğunu bütün dünyaya nümayiş etdirdi”.

M.Karaçanta deyib ki, Prezident İlham Əliyev bu gün eyni zamanda türk dünyasının inteqrasiyasının daha da dərinləşməsində müstəsna xidmətləri ilə fərqlənir: “Türk birliyinin varlığı üçün zəhmətləri heç vaxt unudulmayacaq cənab Prezidentimizi 60 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram”.

Mission News Theme by Compete Themes.