Press "Enter" to skip to content

Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi – VİDEO

Hərbi hissədə döyüş növbətçiliyi

Son yeniləmə: 25 Dekabr 2021 12:08

Bayraqdar.info – Sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Bu barədə məlumat dekabrın 25-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

Məlumatda bildirilir ki, hərbi qulluqçular normaya uyğun ərzaq və isti geyimlə təmin edilib. Döyüş növbətçiliyi aparan bölmələrdə şəxsi heyətin nümunəvi xidmət etməsi üçün modul tipli komplekslərdə xidməti otaqlar mebellər, müasir tipli sanitar qovşaqları, qurutma otağı, tibb məntəqəsi, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, yataq ləvazimatları, mətbəx avadanlıqları və fasiləsiz elektrik enerjinin təminatı üçün generatorlarla təchiz olunub.

Hərbi qulluqçuların təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, eləcə də sosial-məişət şəraiti və qoşun xidmətinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir.

Mission News Theme by Compete Themes.