Press "Enter" to skip to content

Cümburbaşqanının Qərarı Resmi Gazetede

Son yeniləmə: 25 Dekabr 2021 13:58

Bayraqdar.info – Türkiyədə milli valyutanın dəyərinin qorunması istiqamətində davamlı addımlar atılır. Bu arada isə valyuta ilə qorunan müddətli əmanət hesabları və xarici valyutada olan əmanət hesablarından çevrilmə məzənnəsi ilə türk lirəsinə çevrilən depozit hesablarına sıfır stopaj vergisinin tətbiqi ilə bağlı Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Qərarı Resmi Gazetedə dərc olunub. Bununla da Qərar qüvvəyə minib.

Dekabrın 25-də yayımlanan həmin Qərara əsasən, xarici valyuta ilə qorunan türk lirəsi müddətli depozit hesablarından və konvertasiya məzənnəsi ilə türk lirəsinə çevrilən xarici valyuta hesablarından əldə edilən gəlirlərdə stopaj vergisi sıfırlanıb.

Bu barədə məlumatda deyilir ki, sıfır stopaj vergisi dərəcəsi valyuta ilə qorunan əmanət sisteminin qüvvəyə mindiyi tarix olan 21 dekabr tarixinə sistem çərçivəsində açılan bütün hesabları əhatə edir.

Qərara uyğun olaraq valyuta ilə qorunan sistem çərçivəsində açılan iştirak hesabları da sıfır faiz stopaj vergisindən faydalanacaq. Xarici valyutada əmanətlərini konvertasiya məzənnəsi ilə türk lirəsinə çevirən və ya türk lirəsindəki əmanətlərini bu sistemə yönləndirən əmanətçilər iştirak hesablarından əldə etdikləri gəlirlərə görə də vergi üstünlükləri qazanacaqlar.

Mission News Theme by Compete Themes.