Press "Enter" to skip to content

Faiz Sucuoğlu: UBP təkbaşına iqtidara gəlməyi hədəfləyib

Son yeniləmə: 25 Dekabr 2021 13:55

Bayraqdar.info – Ulusal Birlik Partiyası bu seçkilərdə təkbaşına iqtidara gəlməyi hədəfləyib Bunu UBP-nin genel başqanı, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Faiz Sucuoğlu deyib.

Kıbrıs Gazetesinin məlumatına görə, KKTC-də yanvarın 23-də keçiriləcək parlament seçkilərinə hazırlıq davam edir. Seşki kampaniyası çərçivəsində dekabrın 24-də F.Sucuoğlu Vadili bölgəsini ziyarət edib. Seçicilərlə görüşdə baş nazirlə yanaşı UBP-dən olan bəzi nazirlər, həmçinin Vadili Bələdiyyə başqanı Mehmet Adahan və partiyanın millət vəkilliyinə namizədləri də iştirak edib.

Namizədlərin tanıdılması məqəsdi daşıyan görüşdə çıxış edən F.Sucuolu UBP olaraq bu seçkilərdə təkbaşına iqtidara gəlməyi hədəflədiklərini bəyan edib. Koalisiya hökumətləri ilə KKTC-nin son illərdə kifayət qədər vaxt itirdiyinə diqqət çəkən F.Sucuoğlu, “Təkbaşına iqtidar UBP-nin seçki zəfəri deyil, həm də ölkənin struktur problemlərinə qalıcı bir həll yolu tapmaq üçün əvəzsiz hədəfə çevrilib”, – deyib.

F.Sucuoğlu daha sonra bildirib: “Messaryamızın göz bəbəyi, əkinçi və istehsalçılarımızın simvol mərkəzlərindən biri olan Vadilidə bu axşam gördük ki, təkbaşına hökumət üçün geri sayım başlamışdır. Ölkəmizə xeyirli olsun”.

Mission News Theme by Compete Themes.