Press "Enter" to skip to content

Ersin Tatar: Çox faydalı görüş keçirdik

Son yeniləmə: 26 Dekabr 2021 01:24

Bayraqdar.info – “Cənab Erdoğanla iki saat davam edən çox faydalı görüş keçirdik”.

Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar Ercan Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, Türkiyəyə səfərini dəyərləndirən E.Tatar Cümhurbaşqanı Recep Tayyip Erdoğanla iqtisadi məsələlər, Kıbrıs problemi, pandemiya başda olmaqla bir çox məsələləri müzakirə etdiklərini deyib.

İki ölkə arasında imzalanan İqtisadi Protokolun işləməsi, KKTC-də TL əmanət qalxanının tətbiqi, TL ilə ticarətin aparılması kimi mövzuları müzakirə etdiklərini söyləyən E.Tatar Ankara görüşünü müsbət qiymətləndirib.

Səfər çərçivəsində qatıldığı tədbirlər barədə də məlumat verən E.Tatar Türkiyədən aldığı dəvətlərə və orada keçirdiyi görüşlərə xüsusi əhəmiyyət verdiyini bildirib.

Mission News Theme by Compete Themes.