Press "Enter" to skip to content

Dərbənddə Nizami Gəncəvinin yubileyi münasibətilə tədbir

Son yeniləmə: 27 Dekabr 2021 17:56

Bayraqdar.info – Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə bır sıra tədbirlər keçirilir. Növbəti belə tədbir isə Dağıstan Respublikasının Dərbənd şəhərində keçirilib.

Bu barədə bayraqdar.info-ya dekabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdən öncə şəhər administrasiyasının, ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri qüdrətli söz ustadının Dərbənddə ucaldılmış abidəsini ziyarət ediblər.

“İrs” regional ictimai təşkilatının şəhər administrasiyası ilə birlikdə təşkil etdiyi tədbir Nizami Gəncəvi adına 6 saylı orta məktəbdə davam etdirilib. Tədbir zamanı dahi şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib. Misilsiz əsərlərində bəşəri dəyərləri və uca amalları təlqin edən görkəmli mütəfəkkir şairin Şərq və Qərb ədəbiyyatında davamçılarının olduğu vurğulanıb.

Sonra məktəb şagirdlərinin və Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı artistlərinin ifasında “Xəmsə”yə daxil olan poemalardan parçalar və şairin qəzəllərinə yazılmış romanslar səsləndirilib.

Mission News Theme by Compete Themes.