Press "Enter" to skip to content

Şəhid və qazi övladları üçün şənlik

“Azərbaycan vətənimdir” mövzusunda şənlik

Son yeniləmə: 27 Dekabr 2021 18:18

Bayraqdar.info – Dekabrın 27-də Aktyorlar Evində Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunan “Azərbaycan vətənimdir” mövzusunda şənlik təşkil olunub.

Bayraqdar.info-ya Təhsil Nazirliyindən daxil olan xəbərdə bildirilir ki, şənlikdə II Qarabağ müharibəsi şəhid və qazilərin övladları, sağlamlıq imkanları məhdud uşaqlar və az təminatlı ailələrin övladları iştirak ediblər.

Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri rəngarəng geyimlərdə Azərbaycan ərazisində yaşayan azsaylı xalqların, etnik qrupların, eyni zamanda, uşaqların sevimli cizgi filmi qəhrəmanlarının rəqslərini nümayiş etdiriblər, mahnılar oxuyublar. Şənlikdə Yeni il tamaşası da təqdim olunub.

Mission News Theme by Compete Themes.