Press "Enter" to skip to content

Azərbaycan səfiri Beynəlxalq Türk Akademiyasında

Darxan Kıdırali, Füzuli Məcidli və Ağalar Atamoğlanov

Bayraqdar.info – Dekabrın 28-də Azərbaycanın qardaş Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Nur-Sultanda Beynəlxalq Türk Akademiyasını ziyarət edib. O, burada Akademiyanın Prezidenti Darxan Kıdırali və yetkililərlə görüşüb, qurumun işi ilə tanış olub.

Xəbəri bayraqdar.info-ya BTA-nın vitse-prezidenti Füzuli Məcidli verib.

“Görüş zamanı türk ölkələri arasında əməkdaşlıq məsələləri, bu istiqamətdə görülən işlər və gələcək planlar müzakirə olunub. Səfir A.Atamoğlanov Azərbaycan tərəfinin BTA-nın əhəmiyyətli təşəbbüslərini dəstəklədiyini bildirib, həyata keçirdiyi layihələrə görə təşəkkürünü ifadə edib və qurumun işinə uğurlar arzulayıb”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “Akademiya prezidenti Darxan Kıdırali öz növbəsində səfirə ziyarətinə görə təşəkkür edib, qarşıdan gələn Yeni İl və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbriklərini çatdırıb”.

“D.Kıdırali səfir A.Atamoğlanova Nizami Gəncəvinin qazax dilində Akademiya tərəfindən nəşr olunmuş “Leyli və Məcnun”, “Yeddi gözəl” əsərlərinin yer aldığı yeni kitabını və Əlişir Nəvayinin Azərbaycan dilində çapdan çıxan “Seçilmiş əsərləri”ni təqdim edib. Akademiya rəhbəri bildirib ki, BTA 2022-ci ildə Azərbaycan xalqının Hüseyn Cavid, Əhməd Cavad, Mirzə Fətəli Axundzadə kimi dahi şəxsiyyətlərinin yubileylərini yüksək səviyyədə qeyd etməyi planlaşdırır.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.