Press "Enter" to skip to content

İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik – SİYAHI

İctimai Televiziya və Radio Yayımları Şirkəti

Son yeniləmə: 29 Dekabr 2021 08:56

Bayraqdar.info – İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni tərkibi təsdiqlənəcək.

İTV-nin Telegram kanalında yaydığı məlumata görə, “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsi parlamentin dekabrın 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, aşağıdakı şəxslərin namizədliyi 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmək üçün təklif edilib.

Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər:

– Zeynalov Vüqar Eldar oğlu
– Abdullayeva İlhamə Xanlar qızı

Namizədliyi Gənclər Təşkilatları tərəfindən irəli sürülmüş şəxslər:

– Əliyev Azər Ruslan oğlu
– Axundova Ülviyyə Süleyman qızı

Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş şəxslər:

– Yusifova Sevil Şərif qızı
– Mansurova Zərəngiz Dəmirçi qızı.

Mission News Theme by Compete Themes.