Press "Enter" to skip to content

Azərbaycan daha bir erməni hərbçini qarşı tərəfə təhvil verib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Son yeniləmə: 29 Dekabr 2021 18:32

Bayraqdar.info – Dekabrın 29-da 1 nəfər erməni əsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub.

Əsir və itkin düşmüş, girov götürülmüş vtəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilir ki, Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib.

“Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılıb”, – deyə məlumatda bildirilib.

Mission News Theme by Compete Themes.