Press "Enter" to skip to content

Azərbaycanla Küveyt arasında münasibətlər dostluq prinsipləri əsasında qurulub

Son yeniləmə: 29 Dekabr 2021 20:46

Bayraqdar.info – Azərbaycan ilə Küveyt arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edir. Bunu xarixi işlər naziri Ceyhun Bayramov deyib.Nazir iki ölkə arasında bu münasibətlərin dostluq prinsipləri əsasında qurulduğunu söyləyib.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildiirlib ki, dekabrın 29 dekabr-da xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Tərəflər ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini və iqtisadi, ticarət və turizm sahələrində əməkdaşlığı daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Nazir C.Bayramov iki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsinin bu münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir C.Bayramov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Mission News Theme by Compete Themes.