Press "Enter" to skip to content

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım – SƏRƏNCAM

Son yeniləmə: 29 Dekabr 2021 19:31

Bayraqdar.info – Prezident İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Bu barədə dekabrın 29-da  Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Sərəncam Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qərara alınıb.

Sərəncama əsasən, 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 4 milyon 800 min manat ayrılıb.

Mission News Theme by Compete Themes.