Press "Enter" to skip to content

Hərbçilər ölkə daxilində 27, ölkə xaricində 178 beynəlxalq kursda olublar

Anar Orucov

Son yeniləmə: 29 Dekabr 2021 19:20

Bayraqdar.info – “Bu il Azərbaycan Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr və Əlahiddə Ümumqoşun Ordunun qüvvələrinin cəlb edilməsi ilə yeni texnologiyadan istifadə edərək onların tədqiqi ilə komanda-qərargah taktiki, taktiki xüsusi və simulyasiya təlimi keçirilib”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında deyib.

“Bundan başqa, hərbi qulluqçularımız Rusiya, Qazaxıstan və İranda keçirilən beynəlxalq səviyyəli yarışlarda, eləcə də Türkiyə, Pakistan, Gürcüstan və ölkəmizdə keçirilən müxtəlif təyinatlı beynəlxalq tədbirlərdə iştirak ediblər. Ölkə daxilində 27, ölkə xaricində 178 beynəlxalq kursda şəxsi heyətin iştirakı təmin edilib”, – deyə o vurğulayıb.

Mission News Theme by Compete Themes.