Press "Enter" to skip to content

Eskişehirdə soydaşlarımızın bayram coşqusu

Son yeniləmə: 30 Dekabr 2021 16:08

Bayraqdar.info – Dekabrın 29-da Eskişehirdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil edilən tədbirdə azərbaycanlı gənclər, ailələr və Azərbaycan sevdalıları iştirak edib.

Bu barədə bayraqdar.info-ya dekabrın 30-da Dərnəkdən məlumat verilib. Bildirilib ki, Eskişehirdəki Lidya Parkda keçirilən tədbirdə öncə məşhur azərbaycanlıların Azərbaycan xalqına və Eskişehirdə yaşayan həmvətənlərinə yönəlik təbrik videosu yayınlanıb. Ardınca, Eskişehir Azərbaycanlılar Dərnəyi Başkanı Uzm. Ecz. Cavid Aydın açılış nitqi ilə çıxış edib.

Çıxışında qarşıdan gələn bayramlar münasibətilə təbdir iştirakçılarını təbrik edən C.Aydın Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyəti barədə ətraflı məlumat verib.

Natiq həmçinin ötən il 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlyi ilə misilsiz qəhrəmanlıqlar göstərən Azərbaycan ordusu torpaqlarmızı işğaldan azad etdi: “Həmin günlər dünya eyni zamanda azərbaycanlıların birlik və həmrəyliyinin şahidi oldu. Dünya Azərbaycanda Prezident-Ordu-Xalq birliyinin şahidi oldu. Həmin günlər dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar da bir yumruq kimi birləşərək Azərbaycana dəstək oldular. Həmçinin həmin günlərdə Eskişehirdə yaşayan azərbaycanlılar da bir nəfər kimi səfərbər oldular”.

C.Aydın bu birlik və həmrəylik nəticəsində Azərbaycanın yeni-yeni uğurlar əldə edəcəyini bildirib.

Dərnək sədri həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova dərnəyin bir sıra üzvlərinə təşəkkürnamə verilməsi səbəbi ilə təşəkkür edib. Tədbir zamanı eyni zamanda Eskişehir Azərbaycanlılar Dərnəyinin tədbirlərində xüsusi fəallıq göstərənlərə də Dərnəyin təşəkkürnaməsi təqdim edilib.

Daha sonra Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclik Komitəsi tərəfindən azərbaycanlı tələbənin 1 günlük həyatını özündə əks etdirən video nümayiş etdirilib. Videodə baş rolda çəkilən Eskişehir Osmangazi Universitetinin Tibb ixtisası üzrə 1.kurs tələbəsi Emil Hüseynzadənin timsalında burda yaşayan bir tələbənin həmyerliləri ilə olan birlik və bərabərliyi əks olunub.

Tədbir Eskişehir Azərbaycanlılar Dərnəyinin “Turan” musiqi qrupunun müşayiəti ilə tədbir davam etdirilib.

Mission News Theme by Compete Themes.