Press "Enter" to skip to content

Yüksək nəticə göstərən idmançılarla görüş

Təhsil Nazirliyndə görüş

Son yeniləmə: 30 Dekabr 2021 16:13

Bayraqdar.info – Dekabrın 29-da Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri olan Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticə göstərən idmançılarla görüş keçirilib. Təhsil Nazirliyindən dekabrın 30-da bayraqdar.info-ya verilən məlumatda bu haqda bildirilir.

“Görüşdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.

“Təhsilin keyfiyyətinin yüksəldilməsi, bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsil alanların sağlam olmalarının əhəmiyyətini vurğulayan F.Qurbanov idmançıları əldə etdikləri nailiyyətlər və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. Onların uğurlarının davamlı olacağına əminliyini bildirib. Görüşdə qalib idmançılara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim edilib. Sonda xatirə fotosu çəkdirilib.

Mission News Theme by Compete Themes.