Press "Enter" to skip to content

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Bayraqdar.info – Bütöv Azərbaycan Ocaqları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

BAO Mətbuat xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, təbrikdə deyilir:

“Əziz həmvətənlər! Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə səmimi-qəlbdən təbrik edir, ailələrinizə rifah, firavanlıq və əmin-amanlıq arzulayırıq.

“1989-cu il, dekabrın sonlarında Naxçıvanda İran adlanan ölkə ilə olan sərhədlərin sökülməsi bir xalqın müqəddəs amalını gerçəkləşdirmək arzusunun simvolik ifadəsi idi. Bu hərəkatın məntiqi nəticəsi kimi Vətənimizin bir hissəsində – Azərbaycanın Quzeyində müstəqilliyimizi bərpa etdik.

“Böyük bir hissəmiz olan Azərbaycanın Güneyində isə bu gün milli dövlətimizin qurulması və Azərbaycanımızın bütövləşməsi uğrunda mübarizə gedir. Şovinist fars rejimi nə qədər amansız olsa da bu hərəkatın qarşısında davam gətirə bilməyəcək. Çünki bu millətin ruhunu qırmaq, onu müti etmək mümkün deyil. Ruhu bir olan millətin özü də, dövləti də bir olacaqdır.

“Bütövlük uğrunda mücadilədə Tanrı bizə yar olsun. Bu yolda şəhid olan soydaşlarımıza Allah rəhmət eləsin. Bayramınız mübarək!”

Mission News Theme by Compete Themes.