Press "Enter" to skip to content

Güney Azərbaycan təşkilatlarından ortaq bayram təbriki

Güney Azərbaycan qurumları

Son yeniləmə: 31 Dekabr 2021 10:16

Bayraqdar.info – Güney Azərbaycanla bağlı fəaliyyət göstərən bir sıra qurumlar 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik açıqlaması yayımlayıb.

Dekabrın 31-də bayraqdar.info-ya daxil olan açıqlamada deyilir:

“31 Dekabr Azərbaycan Dayanışma (Həmrəylik) Günü Qutlu Olsun!

“1813-cü ildən bu günədək düşmənlər tərəfindən parçalanmaya başlayan elimizin, yurdumuzun 1989-cu ildə həmrəylik və birlik günü, birliyə doğru ilk böyük addımını atdığı gündür. Bu gün Azərbaycanın Araz boyunca yurdumuzun sinəsinə çəkilmiş dəmir çəpərli dəmir pərdəni söküb-dağıtdığı, öz birliyinə doğru birinci uğurlu addımı atdığı gündür!

“Dünyada yaşayan 50 milyondan çox Azərbaycanlı dayanışma (həmrəylik) gününü hər il coşqu ilə qutlamaqda və aralarındakı bağlarının gücləndirilməsində, milli bilincin yüksəlməsində önəmli bir rol oynamaqdadır!

“2020-ci ildə 44 günlük ikinci Qarabağ savaşında qazanılan zəfər Quzey Azərbaycanın torpaq bütünlüyü yolunda anlamlı və uğurlu addım sayılmaqla bərabər Azərbaycanın bütövlük məfkurəsində yeni bir ruh və gücün ortaya çıxmasının nədəni olmuşdur!

“Güney Azərbaycanın bir çox şəhərində minlərcə vətəndaşımızın Quzey Azərbaycanımızla həmrəylik və birlik göstərmələri, fars şovinist rejimini qəzəbləndirmiş, çox sayda vətəndaşımız bu nədənlə İran rejimi tərəfindən cəzalandırılmışdır!

“Azərbaycan Milli Hərəkatının günü-gündən say və keyfiyyət baxımından güclənməsi eyni halda Azərbaycan Cümhuriyyətimizin hər alanda, özəlliklə də əsgəri alanda irəliləməsi bütöv Azərbaycan birliyinə dərin ümidlər yaratmışdır. İran Fars rejiminin isə bu gedişata qarşı apardığı siyasət, özəlliklə də əsgəri təlimləri boşa çıxmışdır.

“Azərbaycanın dayanışma və həmrəyliyi Azərbaycanın bütövlük yolunun açarı olmaqla birlikdə Türk Dünyasının yeni ümidi olan Türk Dövlətləri Təşkilatının geopolitik və geostratejik baxımından önəmli bağıdır!

“Bu vəsilə ilə Güney Azərbaycan siyasi təşkilatları olaraq Azərbaycanın həmrəylik və birlik bayramını Dünya Azərbaycanlılarına təbrik edirik!

“Bayramımız qutlu olsun!”

Güney Azərbaycan Təşkilatları İş Birliyi:

1- Azadlıq Cəbhəsi (GAMAC)
2- Azərbaycan Mərkəz Partiyası (AMP)
3- Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
4- Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
5- Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6- Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
7- Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8- Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
9- Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Mission News Theme by Compete Themes.