Press "Enter" to skip to content

Həmrəylik günü münasibətilə videoçarx

Diasporla İş üzrə Dövlət Komitəsi

Son yeniləmə: 31 Dekabr 2021 14:36

Bayraqdar.info – Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın iştirakı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş videoçarx hazırlanıb. Videoçarx Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gəlib.

Bu barədə bayraqdar.info-ya dekabrın 31-də DİDK-dən məlumat verilib.

Bildirilib ki, videoçarxda həmvətənlərimiz yaşadıqları ölkələrdən Azərbaycanın Dövlət Himnini səsləndirməklə xalqımıza təbriklərini çatdırıblar, birlik və həmrəyliklərini nümayiş etdiriblər.

Videoçarxın bədii hissəsi ABŞ-ın Nyu York şəhərində çəkilib. Dövlət Himnimizin sözləri alt yazı ilə ingilis dilində təqdim edilib. Videoçarx “Dünyanın harasında olursan ol, əgər azərbaycanlısansa, zaman yetişəndə hamı bir olub və bir olacaq!” fikri ilə tamamlanıb.

 

Mission News Theme by Compete Themes.