Press "Enter" to skip to content

Güclü küləyin Azərbaycan ərazisinə düşürdüyü bayraq İrana qaytarılıb

Dövlət Sərhəd Xidməti

Son yeniləmə: 2 Fevral 2022 17:10

Bayraqdar.info – Güclü küləyin Azərbaycan ərazisinə düşürdüyü bayraq İrana qaytarılıb. Bu barədə fevralın 2-də Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumatda deyilir ki, fevral ayının 1-də DSX-nin Sərhəd Qoşunlarının “Lən­kəran” sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının (İİR) dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan ərazi­sinə düş­məsi sərhəd naryadı tərəfindən aşkarlan­ıb.

“İİR dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətirilib, Azərbaycanın və İranın sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumat­lan­dırılıb.

“Fevral ayının 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.