Bayraqdar.info – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanan fərmanla 63 məhkum əfv edilib.
Bu barədə verilən məlumata əsasən sözügedən fərmanla 44 məhbus həbsxanadan azad edilib. Eyni zamanda 19 məhbusun həbs müddəti azaldılıb.
Qeyd edilir ki, əfv edilən məhkumlardan 2-sinin yaşı 60-dan yuxarıdır. Əfv edilən məhkumların cəmiyyətə adaptasiya olunmaları üçün müvafiq nazirlik və dövlət qurumlarına tapşırıqlar verilib.
Əfv edilən məhbuslara dövlət tərəfindən birdəfəlik maliyyə yardımı da veriləcək.





