Press "Enter" to skip to content

Sutkalıq yoluxma – 6 min 600-ü keçdi

Səhiyyə Nazirliyi

Son yeniləmə: 2 Fevral 2022 19:35

Bayraqdar.info – Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 min 620 yeni yoluxma faktı qeydə alınıb, 3 min 385 nəfər müalicə olunaraq sağalıb.

TƏBİB-dən verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 670 min 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 min 727 nəfər müalicə olunaraq sağalıb, 8 min 779 nəfər vəfat edib. 30 min 807 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 797, bu günə qədər isə ümumilikdə 6 milyon 191 min 130 test icra olunub.

Mission News Theme by Compete Themes.