Press "Enter" to skip to content

“TEKNOFEST” çərçivəsində daha bir müsabiqə – “ROBOTEXNİKA”

Robotexnika

Son yeniləmə: 3 Fevral 2022 21:12

Bayraqdar.info – “TEKNOFEST’’ Aerokosmik və Texnologiyalar Festivalına hazırlıq çərçivəsində daha bir maraqlı müsabiqə elan olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, 2022-ci il mayın 26 – 29 -da Bakıda ilk dəfə olaraq “TEKNOFEST’’ keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST’’in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və s kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsidir. Festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Bakıda keçiriləcək festivalın ən maraqlı müsabiqələrindən biri də həm məktəblilər, həm tələbələr və həm də gənc startaplar üçün nəzərdə tutulmuş “ROBOTEXNİKA”dır.

“Müsabiqə insanlara və müəssisələrə gündəlik fəaliyyətdə, istehsalatda, hətta kosmosda faydalı ola bilən hər hansı bir işin müəyyən hissəsini icra edə bilən, mürəkkəb mexanizmləri sadələşdirən, hətta əyləncə funksiyasını yerinə yetirən robotların dizayn edilməsini dəstəkləyir.

“Qeyd edək ki, robotlara müxtəlif növ mexaniki və ya pnevmatik əməliyyatları yerinə yetirmək üçün dizayn edilmiş, həmçinin materialın kinetik xüsusiyyətlərinə əsaslanan, öncədən proqramlaşdırılmış tapşırıqlar nəzdində fəaliyyət göstərən və ya süni intellekt tərəfindən idarə olunan, müxtəlif bort sensorları ilə yönləndirilən istənilən avtomatik qurğular daxildir.

““ROBOTEXNİKA” yarışması çərçivəsində istedadlı məktəblilər və tələbələr öz intellektual ideya və məhsullarını həm festivalın ziyarətçilərinə, həm də yerli və xarici investorlara təqdim etmək imkanı qazanacaqlar. Müsabiqə iştirakçıları şəhadətnamə ilə təqdir olunmaqla yanaşı, həmçinin Mükafat fondu uğrunda da öz güclərini sınaya biləcəklər.

Qeyd etmək istəyirik ki, yuxarı sinif şagirdləri (7-11-ci siniflər) A kateqoriyasına daxil olmaqla onlar üçün Mükafat fondu I yer 4 min manat, II yer 2 min manat, III yer 1 min manat təşkil edəcək. Azərbaycanda təhsil alan universitet tələbələri B kateqoriyasında I yer 6 min AZN, II yer 4 min AZN, III yer 2 min AZN-dən ibarət Mükafat fondu uğrunda mübarizəyə qoşula biləcəklər. Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir. Qeydiyyat üçün elektron keçid buradandır.

Əlavə məlumat əldə etmək üçün: 050 251 40 28 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Mission News Theme by Compete Themes.