Press "Enter" to skip to content

Azərbaycan, Fransa, Avropa Birliyi və Ermənistan rəhbərləri görüşüb

Görüşdən görüntü

Son yeniləmə: 4 Fevral 2022 20:48

Bayraqdar.info – Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dördtərəfli görüş keçirilib. Görüşə Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın Avropa Birliyinə sədrliyi qismində Prezident Emmanuel Makron, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan qatılıb. Görüş videoformatda təşkil edilib.

Xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. Xəbərdə hələlik ayrıntılara yer verilməyib. Mövzunu diqqətdə saxlayacağıq.

İndilik onu qeyd edək ki, Fransa mediası görüşdə Azərbaycanla Ermənistan arasında dialoqun davam etdirilməsi və humanitar məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparıldığı haqda xəbər verib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.