Press "Enter" to skip to content

DİM tərəfindən növbəti təlimlər təşkil olunub

Son yeniləmə: 5 Fevral 2022 14:22

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi tərəfindən 2 və 4 fevral 2022-ci il tarixlərində “İnsan resurslarının idarə edilməsi“ mövzusunda onlayn təlimlər keçirilib. Təlimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin əməkdaşları üçün təşkil olunub.

Bu barədə DİM-dən bayraqdar.info-ya fevralın 5-də məlumat verilib.

“Təlim zamanı kadrlarda quruma bağlılıq hissinin formalaşdırılması, münaqişə situasiyaları və onların yaranma səbəbləri, münaqişələrin həlli yolları, iş yerlərində stresin idarə olunması, xidməti fəaliyyətin qiymətləndirilməsi, qiymətləndirmənin üstün cəhətləri və vacibliyi, qiymətləndirmə meyarları, “360 dərəcə qiymətləndirmə” metodu və s. məsələlər barədə iştirakçılara məlumat verilib. Həmçinin müzakirələr aparılıb”, – deyə məlumatda qeyd edilib.

Vurğulanıb ki, təlimin növbəti mərhələsi fevralın 8-də təşkil olunacaq.

Mission News Theme by Compete Themes.