Press "Enter" to skip to content

Türkiyə Cümhurbaşqanının və xanımının COVID-19 testi pozitiv çıxıb

Son yeniləmə: 5 Fevral 2022 20:42

Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” variantına yoluxub.

Bu barədə Cümhurbaşqanı Twitter və Telegram sosial şəbəkə hesablarındakı paylaşımında bildirib.

Paylaşımda yüngül simptomlardan sonra xanımı Eminə Erdoğan ilə birlikdə verdikləri COVID-19 testinin müsbət çıxdığını deyən R.T.Erdoğan virusun “omikron” variantına yoluxduqlarını, xəstəliyi yüngül keçirdiklərini qeyd edib.

Paylaşımda həmçinin vəzifəsinin başında olduğunu ifadə edən Türkiyə Cümhurbaşqanı işlərini evdən davam etdirdiyini açıqlayıb.

Mission News Theme by Compete Themes.