Press "Enter" to skip to content

8 fevral – Abşeron Milli Parkının yaranması günü – VİDEO

Abşeron Milli Parkı

Son yeniləmə: 8 Fevral 2022 15:59

Bayraqdar.info – Abşeron Milli Parkı Prezidentin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin inzibati ərazisində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, yarımsəhra və quru bozqırların mülayim isti iqlim tipinin hakim olduğu Milli Parkın yaradılmasında məqsəd vəhşi təbiətin mühafizəsini, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanmasını təmin etmək, o cümlədən ekoturizm üçün mövcud olan təbii imkanları dəyərləndirməkdən ibarətdir.

“Parkda Budaqlı yulğun, Hind bağayarpağı, iti cığ, yabanı kök, adi yovşan, süpürgəvari dəvəayağı, xirdaçiçəkli tayaotu, ikisünbül acılıq, fars sarmaşığı, adi qamış, Bakı gəvəni və s. rast gəlinir.

“Həmçinin, Parkda ceyran, canavar, tülkü, dovşan, adi kirpi, çöl donuzu, çaqqal, Aralıqdənizi tısbağası, Xəzər tısbağası, adi suilanı, gürzə, Xəzər gekkonu, qum siçanı, Ərəb dovşanı, Qaqaz kələzi, qırmızıboyun batağan, iri batağan, qıvrımlələk qutan, iri qarabatdaq, böyük ağ vağ, boz vağ, qızılqaz, harayçı qu quşu, yaşılbaş ördək, fitçi cürə, enlidimdik ördək də saxlanır.

“Onların arasında ”Qırmızı kitab”a daxil olan növlər bunlardır: Xəzər suitisi, ceyran, adi soltanquş, ağgöz qaraördək, fısıldayan qulələk, adi flaminqo, kürən vağ, qıvrımlələk qutan və s.”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.