Press "Enter" to skip to content

Azərbaycan və Türkiyə arasında peşə təhsili proqramları

Onlayn görüş

Son yeniləmə: 8 Fevral 2022 16:55

Bayraqdar.info – “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində Türkiyə Peşə Təhsili Baş İdarəsi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında növbəti onlayn görüş keçirilib.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, görüş çərçivəsində imzalanmış protokola uyğun olaraq, 4 ixtisas üzrə təhsil proqramları və planlarının hazırlanması müzakirə edilib.

“Belə ki, birgə əməkdaşlıq çərçivəsində mebel sənayesi, turizm və ictimai iaşə, həmçinin İKT sahəsini əhatə edən 4 ixtisas üzrə tədrisin təşkili nəzərdə tutulur. Bundan əlavə, Türkiyə təcrübəsinə əsaslanan təhsil planlarının yerli şəraitə uyğunlaşdırılması üzrə işlərə başlanılıb.

“Protokol çərçivəsində hazırlanacaq 4 ixtisas üzrə təhsil proqramlarının Bakı və Qəbələ şəhərində yerləşən peşə təhsili müəssisələrində tətbiqi gözlənilir.

“Qeyd edək ki, sözügedən protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.