Press "Enter" to skip to content

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı

Yunan-Roma güləşi

Son yeniləmə: 9 Fevral 2022 16:39

Bayraqdar.info – Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatı davam edir.

Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya ölkə birinciliyi milli komandalara seçim xarakteri daşıyır.

Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Azərbaycan Güləş Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunur.

Yarışın sonuncu günündə – fevralın 10-da isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

Mission News Theme by Compete Themes.