Press "Enter" to skip to content

Selçuk Bayraktardan Azərbaycan türkcəsində daha bir paylaşım

Son yeniləmə: 9 Fevral 2022 23:02

Qələbəyə görə Rəbbimizə şükürlər olsun

Bayraqdar.info – Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycana səfəri şərçivəsində Hərbi Qənimətlər Parkını ziyarət edib.

Bu barədə S.Bayraktar özünün Twitter hesabında paylaşım edib.

Azərbaycana səfəri ilə bağlı bundan öncəki payıaşım kimi bu paylaşımı da həm Türkiyə türkcəsində, həm də Azərbaycan türkcəsində edib.

Paylaşımda aşağıdakı sözlər öz əksini tapıb: “Qarabağ qələbəsində ələ keçirilən hərbi maşınların nümayiş etdirildiyi Hərbi Qənimətlər Parkında olduq. Bu münasibətlə bir daha qələbənin memarlarını, bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik. Qələbə üçün Rəbbimizə şükürlər olsun”.

Mission News Theme by Compete Themes.