Press "Enter" to skip to content

Pensiyaların yeni artımla ödənişinə başlanıb

Son yeniləmə: 10 Fevral 2022 16:51

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevral ayı üzrə pensiyaların ödənişinə başlayıb.

Bu barədə bayraqdar.info-ya fevralın 10-da ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib. 2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib.

Bundan başqa, 2022-ci il üzrə pensiyaçılara verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bərabər bölünərək onlara verilməsi nəzərdə tutulub.

Həmin maddi yardımın birinci rübə düşən ilk hissəsi (50 manat) də fevral ayının pensiyasına əlavə olunaraq verilib.

Güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin və ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları da bu ay müvafiq qrafik üzrə ödəniləcək.

Mission News Theme by Compete Themes.