Press "Enter" to skip to content

2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin başlanma saatı müəyyənləşib

Formula-1

Bayraqdar.info – 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin başlanma saatı müəyyənləşib. Yarış iyunun 12-də saat 15:00-da başlayacaq.

“Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) yayımladığı yarış proqramında qeyd olunub. İyunun 10-da saat 15:00-da və 18:00-da iki sərbəst yürüş təşkil olunacaq. Növbəti gün, iyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da təsnifat mərhələsi olacaq.

“Xatırladaq ki, Formula 1-in builki mövsümü rekorda sayda – 23 mərhələdən ibarət olacaq. Mövsüm martın 20-də Bəhreyndə başlayacaq, noyabrın 20-də Abu-Dabi Qran-Prisi ilə yekunlaşacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.