Press "Enter" to skip to content

Dağlıq ərazilərdə qar yağacaq

Qar

Son yeniləmə: 15 Fevral 2022 16:05

Bayraqdar.info – Azərbaycanda fevralın 16-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 7-10 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 770 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

“Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

“Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı ehtimalı var”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.