Press "Enter" to skip to content

Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb

Müdafiə Nazirliyi

Bayraqdar.info – “Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.

“Azərbaycan bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb”.

Bu məlumat fevralın 15-də axşam saatlarında bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

Məlumatda həmçinin o da qeyd edilib ki, erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır.

“Erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört basdır etmək üçün növbəti təxribata əl atıb”, – deyə Nazirlikdən bildirilib.

Mission News Theme by Compete Themes.