Press "Enter" to skip to content

150 yaşlı ağacları kəsən dəstə üzvləri saxlandı

Ağac

Son yeniləmə: 16 Fevral 2022 17:10

Bayraqdar.info – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Astara və Lerik meşələrində ağacları kütləvi şəkildə kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirib.

Bayraqdar.info xəbər verir ki, bu barədə fevralın 16-da DİN-in KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. DİN rəsmisi qeyd edib ki, dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib.

Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən yaş halda kəsilən ağaclardan bəzilərinin yaşının 100-150 il olduğu məlum olub.

Mission News Theme by Compete Themes.