Press "Enter" to skip to content

Regionlarda yeni iş yerlərinin açılması diqqət mərkəzindədir

Son yeniləmə: 16 Fevral 2022 19:02

Bayraqdar.info – “TET İnternational Development” MMC regionlarda yeni iş yerlərinin açılmasında maraqlıdır. Qurum bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığa böyük önəm verir.

Bunu şirkətin rəhbəri Taro Savada deyib. Fevralın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində “TET İnternational Development” MMC-nin nümayəndələri ilə görüş olub. Görüşdə Agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, “TET İnternational Development” MMC-nin rəhbəri Taro Savada və vitse-prezidenti Namiq Ələsgərov iştirak edib.

Dövlət Məşğulluq Agentliyində bayraqdar.info-ya verilən məlumata görə, M.Abbasbəyli ilk olaraq qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən məşğulluq tədbirləri barədə məlumat verib. Daha sonra Dövlət Məşğulluq Agentliyi və “TET İnternational Development” MMC arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Şirkətin mövcud və yeni fəaliyyətə başlayacaq fabriklərində işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə birgə layihələr həyata keçirilməsi müzakirə edilib.

Mission News Theme by Compete Themes.