Press "Enter" to skip to content

Başqırdıstan nümayəndə heyəti KOBİA-da

Son yeniləmə: 17 Fevral 2022 18:35

Bayraqdar.info – Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Başqırdıstan Respublikasının nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

Bu barədə bayraqdar.info-ya fevralın 17-də qurumdan məlumat verilib.

Başqırdıstanın Xarici İqtisadi Əlaqələr və Konqres Fəaliyyəti nazirinin birinci müavini Lena İzotovanın rəhbərlik etdiyi nümayəndə heyəti və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə KOB sahəsində Azərbaycan təcrübəsi qonaqların diqqətinə çatdırılıb, Agentliyin fəaliyyəti barədə məlumat verilib.

Görüşdə KOB sahəsində əməkdaşlıq imkanlarına, bu sahədə Başqırdıstanın müvafiq qurumları ilə əməkdaşlığa, birgə tədbirlərin təşkilinə, investisiya sahəsində məlumat mübadiləsinə dair müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.