Press "Enter" to skip to content

Formula 1 Azərbaycan Qran-Prisi üçün biletlərin qiyməti

Formula-1

Son yeniləmə: 18 Fevral 2022 14:57

Bayraqdar.info – Fevralın 22-dən Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına başlanılır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) bayraqdar.info-ya bildiriblər ki, yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azarkeşlər üçün ayaqüstü zonada birgünlük 90-160 manat, üçgünlük tribuna biletləri 280-970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190-690 manat aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.

“Qeyd edək ki, 2020-ci ildə COVID-19 səbəbindən təxirə salınmış Formula 1 Azərbaycan Qran-Prisi zamanı alınmış biletlər budəfəki Azərbaycan Qran-Prisi üçün keçərli olacaq.

“Bu ilki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb. Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncəli proqramlar təşkil olunacaq. Tamaşaçılardan yarış vaxtı ölkədə COVID-19-la bağlı mövcud təhlükəsizlik qaydalarına əməl etmələri tələb olunacaq.

“Formula 1 Azərbaycan Qran-Prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı Bakı Şəhər Halqasının rəsmi saytından əldə edə bilərlər”, – deyə xəbərdə bildirilib. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də keçiriləcək.

Mission News Theme by Compete Themes.