Press "Enter" to skip to content

Min səkkiz yüzə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Son yeniləmə: 18 Fevral 2022 17:44

Bayraqdar.info – “Məşğulluq marafonu” üzrə işlə təmin olunan şəhid ailəsi üzvləri və qazilərin sayı 1744-ə çatıb.

Bu barədə bayraqdar.info-ya fevralın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, “Məşğulluq marafonu” ƏƏSMN tərəfindən 2021-ci ilin iyunundan başladılıb.

Məlumatda əavəı edilib ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna mühüm dəstək olan marafona bu günədək 618 işəgötürən qoşularaq 4203 vakansiya təqdim edib. Marafon “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilir.

“Məşğulluq marafonu”nda iştirak etmək istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlar isə özləri haqqında məlumatları bu linkə daxil olmaqla qeyd edə bilərlər.

Mission News Theme by Compete Themes.