Press "Enter" to skip to content

“TEKNOFEST Azərbaycan” müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

TEKNOFEST

Son yeniləmə: 18 Fevral 2022 15:40

Bayraqdar.info – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il mayın 26-29-da Bakıda ilk dəfə keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb.

Nazirlikdən fevralın 18-də bayraqdar.info-ya bildirilib ki, innovativ ideya və layihələrlə çıxış edən məktəbli, tələbə və gənc sahibkarların festivala göstərdiyi böyük maraq və yüksək fəallıq səbəbindən adları qeyd edilən müsabiqələrin qeydiyyat tarixi 2022-ci il fevralın 28-ə qədər uzadılır: “Baku Skills”; “Yaşıl texnologiyalar”; “Aqrar texnologiyalar”; “Sosial yönümlü texnologiyalar”; “Robotexnika”.

“Bundan əlavə, “Ağıllı şəhər” konsepsiyasını ehtiva edən “SMART QARABAĞ” Hakatonu üçün son müraciət tarixi dəyişdirilərək aprelin 1-i müəyyən olunub.

““Peyk modelləşdirilməsi”, “Pilotsuz uçuş aparatları” və “Sailplaner” adlı yarışlar üzrə qeydiyyat isə fevralın 17-dən etibarən dayandırılıb”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.