Press "Enter" to skip to content

Rusların nəzarətindəki ermənilər yenə də təxribat törətdi

Müdafiə Nazirliyi

Bayraqdar.info – Xocavənd istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqeləri atəşə tutulub.

Xəbəri bayraqdar.info-ya Müdafiə Nazirliyindən veriblər.

“Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub”, – deyə xəbərdə bildirilir.

Göründüyü kimi, qanunsuz erməni silahlı dəstələri məhz Azərbaycanın öz ərazisini etibar etdiyi Rusiya sülhməramlılarının nəzarəti altındakı torpaqlardan qeyd olunan təxribatı törədir. Bu isə ondan xəbər verir ki, Rusiya sülhməramlıları onlara Azərbaycanın göstərdiyi etimadı doğrultmur, həmişə olduğu kimi yenə də ermənilərə münasibətdə tərəf tuturlar. Bu isə onların ümumiyyətlə Azərbaycan ərazisində qalmasıyla bağlı əlavə sualların yaranmasına səbəb olmaya bilməz…

Mission News Theme by Compete Themes.