Press "Enter" to skip to content

Dənizçi tələbələr təcrübəyə başlayıb

ASCO

Son yeniləmə: 21 Fevral 2022 16:39

Bayraqdar.info – Payız imtahan sessiyasını bitirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının 4-cü kurs tələbələri diplomqabağı təcrübəyə başlayıb.

Bu barədə bayraqdar.info-ya fevralın 21-də ASCO-dan məlumat verilib. Məlumatda deyilir ki,  Akademiyanın “Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarının son kursunda oxuyan tələbələr artıq gəmilər üzrə bölüşdürülüblər. 171 təcrübəçidən 108-i Dəniz Nəqliyyatı Donanmasının, 63-ü isə Xəzər Dəniz Neft Donanmasının müxtəlif təyinatlı gəmilərində, digərləri isə özəl gəmiçilik şirkətlərində təcrübə keçəcəklər.

ASCO

“ADDA-nın “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının 29 nəfər 4-cü kurs tələbəsindən 21-i Bakı Gəmiqayırma Zavodunda, 8-i ASCO-nun Xəzərdənizlayihə Elmi Tədqiqat Layihə institutunda diplomqabağı istehsalat təcrübəsində olacaq. Onların təcübəsi 10 həftə davam edəcək.

“Tələbələrin təcrübə rəhbərləri Akademiyanın ixtisas kafedralarının müəllimləri və gəmi kapitanının əmri ilə təyin olunmuş heyət üzvləridir”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.