Press "Enter" to skip to content

Güllə atıcılığı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Güllə atıcılığı

Son yeniləmə: 22 Fevral 2022 00:00

Bayraqdar.info – Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Bakı çempionatı keçirilib.

Bayraqdar.info xəbər verir ki, Mərkəzdən bildirilib ki, yarışda 45 idmançı qalib adı uğrunda mübarizə aparıb. Pnevmatik tapançadan atəşaçma yarışlarında qadınlar arasında Nigar Nəsirova (566 xal), kişilərin mübarizəsində Vladislav Kalmıkov (567 xal) qalib olublar.

Pnevmatik tüfəngdən atəşaçma yarışlarında isə İlahə İsmayılzadə (583,9 xal) və Ramiz Xəlilov (611,1 xal) birinci yeri tutublar.

Mission News Theme by Compete Themes.