Press "Enter" to skip to content

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Prezident İlham Əliyevin Rusiya səfəri

Son yeniləmə: 22 Fevral 2022 00:14

Bayraqdar.info – Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfər edib.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı “Vnukovo-2” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

“Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

“Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycan və Rusiyanın Dövlət himnləri səsləndirilib”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.