Press "Enter" to skip to content

Rusiya ilə bərabərhüquqlu müttəfiqlik yönündə yeni addım

Moskva, Kreml

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, fevralın 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü və danışıqları keçiriləcək. Bu görüş və danışıqların sonunda tərəflər arasında Müttəfiqlik Münasibətləri Bəyannaməsi imzalanacaq.

Azərbaycan Rusiya ilə ittifaq münasibətlərinə daxil olur

Özəlliklə də Azərbaycanın Qarabağa dəvət etdiyi Rusiya sülhməramlılarının ermənipərəst davranışları fonunda iki ölkə belə bir sənəd imzalanması əlavə suallar doğurmaya bilməz. Lakin hələlik o sənədin mətni əlimizdə olmadığına görə haqqında geniş şərh verə bilmirik. Yalnız bir məsələdə arxayınıq ki, Azərbaycan Prezidenti İ.Əliyev necə ki, bu vaxta kimi dövlətimizin zərərinə olacaq hər hansı sənədə imza atmayıb, bu dəfə atmayacağı da şübhəsizdir. Yəni əgər belə bir sənəd imzalanırsa, demək ki, Azərbaycan Rusiya ilə bərabər tərəf kimi bərabər öhdəliklər yaradacaq bir addıma gedir.

Ümumiyyətlə isə, düşünmək olar ki, Azərbaycan Rusiya ilə bu sənədi imzalamaqla bölgəmizdəki ən böyük güc olan dövlətlə məhz bərabərhüquqlu dövlətlərarası münasibətləri daha bir dəfə rəsmiləşdirmiş olacaq…

Mission News Theme by Compete Themes.