Press "Enter" to skip to content

Tarix Muzeyində azərbaycanlı və türkiyəli iş adamları ilə görüş

Azərbaycan Milli Tarix Mueyi

Son yeniləmə: 21 Fevral 2022 17:52

Bayraqdar.info – AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində azərbaycanlı və türkiyəli iş adamlarını birləşdirən Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi (MÜSİAD) üzvləri ilə görüş olub.

Bu barədə bayraqdar.info-ya Muzeydən xəbər verilib. Bildirilib ki, görüşdə Muzeyin icraçı direktoru Fərhad Cabbarov “Xeyriyyəçi iş adamı Hacı Zeynalabdin Tağıyevi yaxından tanıyaq” mövzusunda mühazirə ilə çıxış edib. O, H.Z.Tağıyevin sahibkarlıq, ictimai, xeyriyyəçilik fəaliyyəti haqqında məlumat verib. Sonra qonaqlar H.Z.Tağıyevin xatirə muzeyinin ekspozisiyası ilə tanış olublar.

“Xatırladaq ki, qoyulan MÜSİAD ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əsası 2021-ci ilin sonunda qoyulmuş əməkdaşlıq çərçivəsində azərbaycanlı və türkiyəli iş adamları Muzeyin Vətən müharibəsi fondunun zəruri avadanlıqla təchiz olunmasına dəstək verir”, – deyə xəbərdə deyilir.

Mission News Theme by Compete Themes.